Emin Musəvi radio rəhbəri oldu
Bizi izləyin

Magazin1

Emin Musəvi radio rəhbəri oldu

Tanınmış teleaparıcı Emin Musəvi “ASAN FM” radiosunun rəhbəri vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə teleaparıcı sosial şəbəkədəki səhifəsində yazıb:

“Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan sonra “ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacam. Hazırda texniki məsələlər üzərində iş gedir. “ASAN xidmət”in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, “ASAN FM”-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, “ASAN xidmət” kimi “ASAN FM” də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək”.

Qeyd edək ki, E.Musəvi əvvəllər “Space” telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə “Azad Azərbaycan” teleşirkətinin ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də “Rəsmilər qeyri-rəsmi”, “22-ci saat” kimi müəllif verilişləri hazırlayıb.

O, ATV-də rəhbərlik dəyişiləndən sonra bu kanalı tərk edib. Emin Musəvi bir müddət Azərbaycandakı Latviya səfirliyinin KİV-lə əlaqələr üzrə baş məsləhətçisi işləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm