Rus serialında Azərbaycan meyxanası - VİDEO/FOTO
Bizi izləyin

Magazin1

Rus serialında Azərbaycan meyxanası - VİDEO/FOTO

Rusiyanın “TNT” telekanalında yayımlanan serialda azərbaycanlı meyxanaçının yaradıcılığına müraciət olunub.

Publika.az xəbər verir ki, sözləri və musiqisi Nicat Mənalıya aid olan meyxana rus teleserialının 2 seriyasında istifadə edilib. Meyxanaçı bununla bağlı təəssüratlarını bölüşüb: “Rusiyanın “TNT” telekanalında yayımlanan “İzmeni” teleserialında söz və musiqisi mənə aid olan rus dilində “Красавица моя" adlı mahnımdan istifadə edilib. Mahnı filmin 2 seriyasında - 1-ci və 4-cü seriyalarında səsləndirilib. Bununla bağlı “TNT” telekanalı ilə müqavilə imzalamışam”.

Yaxın günlərdə mahnının remiks variantı da təqdim olunacaq. Mahnı Rusiya telekanallarında da yayımlanacaq.

Məlumat üçün bildirək ki, Nicat Mənalı “Dostluq”, “Fani dünya”, “Gecələr”, “Emin və Firuzə” adlı bir çox mahnıların müəllifidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm