Rəssamdan çağırış: bunlara göz yummayın – FOTOLAR
Bizi izləyin

Magazin1

Rəssamdan çağırış: bunlara göz yummayın – FOTOLAR

Rəssam Leyla Axundova ölkəmizdə bir ilkə imza atıb.

Publika.az xəbər verir ki, onun "Amma heç kimə demə" adlı konseptual sərgisi baş tutub. Sərgi debüt işi olmaqla yanaşı, "Beautiful Minds" adlı kreativ layihəsinin başlanğıcı olub. Müəllif təqdim etdiyi işlərilə cəmiyyətdə əhəmiyyətli sayılan mövzuları, eyni zamanda müasir dövrün absurd fikirlərini təqdim edib. Sərginin təşkili də məhz ictimaiyyətin diqqətini həmin mövzulara yönəltmək və qarşılaşdıqları problemlərə göz yummamasının vacibliyini aşılamaqdır. Sərgidə bir sıra incəsənət xadimləri və jurnalistlər iştirak edib. Eksponatların qrafik dizaynının üzərində Orxan Məmməd çalışıb.

Qeyd edək ki, indiyədək Azərbaycanda bu səpkidə sərgi təşkil olunmayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm