Namiq Aygünü niyə toyuna çağırmadı?
Bizi izləyin

Magazin1

Namiq Aygünü niyə toyuna çağırmadı?

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun toyunun tarixi və yeri bəlli olub.

Publika.az xəbər verir ki, oktyabrın 12-də paytaxt restoranlarının birində baş tutacaq toy mərasiminə media nümayəndələri buraxılmayacaq. Toya dəvət olunanların N.Qaraçuxurlunun yaxın ətrafı və iş adamları olduğu deyilir. Ancaq dəvətlilər arasında pop-diva, Namiqin keçmiş sevgilisi Aygün Kazımova yoxdur. Bu da toyun Bakı kəndlərinin toy adət-ənənəsinə uyğun olaraq keçiriləcəyi ilə izah edilib. Belə ki Namiqin kişi toyunda qonaqlar da, musiqiçilər də ancaq kişilər olacaq.

Xatırladaq ki, bu, 38 yaşlı meyxanaçının ikinci evliliyidir. Bu dəfə o, qohumu ilə evlənir.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm