Brilliantın duş şıltaqlığı: Ancaq kağız salfet - FOTOLAR
Bizi izləyin

Magazin1

Brilliantın duş şıltaqlığı: Ancaq kağız salfet - FOTOLAR

Xalq artisti Brilliant Dadaşova vasvasıdır.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü ANS telekanalının efirində danışıb. O qaldığı otellərin dəsmallarından istifadə etmədiyini deyib:

“Nə qədər dəbdəbəli otel olur-olsun, dəsmallarından istifadə etmirəm, iyrənirəm. Kağız salfetlər gətizdirirəm, çiməndə də, əl-üzümü yuyanda da onunla qurulanıram”.

Müğənni, sadəcə, vasvası deyil, həm də iylərlə bağlı qorxuları var. Müğənni deyib ki, “Big Apple Music Awards” mükafatı almaq üçün Amerikaya gedəndə özünə 2 bilet aldırıb:

“Ötən il məni Amerikaya mükafatlandırma gecəsinə dəvət etmişdilər. Tələb etdim ki, biznes-klassda uçacam və yanımda heç kim əyləşməməlidir. Mən qoxulara qarşı həssasam. Yanımda xoşlamadığım ətri vuran adam otursa, ölə bilərəm. Ona görə də onlar iki bilet aldılar”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm