“At günü” azərbaycanlı yazıçını Rusiyada birinci etdi
Bizi izləyin

Magazin1

“At günü” azərbaycanlı yazıçını Rusiyada birinci etdi

Bir neçə ay öncə Rusiyanın məşhur “proza.ru” saytı tərəfindən “2015-ci ilin yazıçısı” elan edilən AYB-ın Dramaturgiya şöbəsinin rəhbəri, yazıçı-dramaturq Firuz Mustafa indi də Rusiya Yazıçılar Birliyindən təklif alıb. Onu sözügedən qurumun üzvü etmək istəyirlər.

Yazar bununla bağlı fikirlərini Publika.az-la bölüşüb:

“Rusiyanın məşhur “proza.ru” saytı məni “At günü” hekayəmə görə bu ilin yazıçısı elan etdi. Həmin hekayəm Rusiyada çox məşhurdur. Əsərlə bağlı rus oxucularımdan minlərlə məktub almışam. Onlar hekayəni daha çox fəlsəfi yükünə görə bəyəndiklərini yazırlar. Onu da deiym ki, Rusiyanın təkcə “proza.ru” saytında 26 min oxucum var. Ruslar digər xalqlar arasında ən fəal oxucular sayılır. Bəlkə elə bunun nəticəsidir ki, Rusiya Yazıçılar Birliyi quruma üzv olmağım üçün mənə müraciət edib. Təklifi dəyərləndirəcəm”.

Onu da öyrəndik ki, yaxın zamanlarda Rusiyanın iki nüfuzlu teatrında Firuz Mustafanın iki əsəri səhnələşdiriləcək:

“Rusiyada əsərlərimə teatrlarda da böyük maraq var. Artıq iki əsərim rusiyalı rejissorların yozumunda səhnə həllini tapacaq”.

Qeyd edək ki, yazıçının Azərbaycan teatrlarında 30-dan artıq əsəri səhnələşdirilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm