Xalq artistindən ETİRAF: “Buna görə ortalığa çıxmağa utanıram”
Bizi izləyin

Magazin1

Xalq artistindən ETİRAF: “Buna görə ortalığa çıxmağa utanıram”

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova son vaxtlar gözdən-könüldən uzaq olmasını bir neçə səbəblə izah edib.

Publika.az-a açıqlama verən aktrisa bəzi həmkarlarına görə, təəssüf hissi keçirdiyini də gizlətməyib:

“Çoxları mənə sual verir ki, niyə tədbirlərdə görünmürsünüz, gündəmdə yoxsunuz. Onlara deyə bilmirəm ki, utanıram, bəzi həmkarlarımın yerinə xəcalət çəkirəm. Yaşlı aktyorların şou yaratması, qalmaqal edib, gündəmə gəlməsi utanc gətirən işdir. Biz sənət adamları özümüzə, oturuşumuza, duruşumuza, hərəkətlərimizə fikir verməli, gənclərə nümunə olmalıyıq. Amma artıq müğənnilərin yaratdıqları şounu ciddi sənət aləminə də gətiriblər. Buna görə təəssüf hissi keçirirəm. Bəzən buna görə ortalığa çıxmağa da utanıram. Sənət qalıb bir kənarda, bir-biri ilə dava edirlər. Yaradıcılıqla məşğul olan yoxdur. Halbuki aktyor kinosuna çəkilməli, tamaşada oynamalıdır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm