Vəziyyəti ağırlaşan xalq şairi reanimasiyadadır
Bizi izləyin

Magazin1

Vəziyyəti ağırlaşan xalq şairi reanimasiyadadır

Dünən səhhəti ağırlaşan və Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq şairi, 89 yaşlı Söhrab Tahirin vəziyyəti sabitdir.

Publika.az-ın əldə etdiyi məlumata görə, ürəyində narahatçılıq yaşayan xalq şairi hazırda reanimasiyadadır.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza xalq şairinin ürək problemlərindən əziyyət çəkdiyini təsdiqləyib:

“Dünən gecə Söhrab Tahirin vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşirilib. Bu gün səhər onun həkimi ilə əlaqə saxladıq. Bildirdilər ki, hazırda vəziyyəti sabitdir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm