Nailə Mirməmmədli: “Oğlum öləndə məni danladılar”
Bizi izləyin

Magazin1

Nailə Mirməmmədli: “Oğlum öləndə məni danladılar”

Bəstəkar Nailə Mirməmmədli həyatındakı ən ağır faciəyə necə tab gətirməyindən danışıb.

Publika.az xəbər verir ki, bəstəkar ANS telekanalında oğlunun itkisi ilə barışa bilmədiyini və özünü bir yaxınının iradından sonra topladığını deyib:

“Oğlumun yasında çox yaxın tanışımız olan Rüxsarə xanım mənə dedi ki, bilirsən, bizim ailəmizdə nə qədər şəhidimiz var? Məni danladı ki, sənin ağlamağa nə ixtiyarın var? Bəs o şəhidlərin anaları özlərini necə toplasınlar? Efirdə və göz qabağında olan qadınsan. Hamıya nümunə olmalısan!” Onun dedikləri mənə dəstək oldu. Bu danlaq mənə təsir etdi”.

Həyat yoldaşı, bəstəkar Hikmət Mirməmmədli dünyasını dəyişəndən sonra dinə bağlandığını deyən bəstəkar bunları əlavə edib:

“Hikmət rəhmətə gedəndən sonra dinə daha çox bağlandım. Bu barədə çoxlu kitablar oxuyub, filmlər izlədim. Elə filmlər var ki, məndən də betər həyat hekayəsi olan xanımlardan bəhs edir. Özümü belə topladım”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm