Magazin1
4 günə 6 tamaşa

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş olunacaq.
Teatrdan Publika.az-a verilən məlumata görə, 15, 16, 17, 18 oktyabr tarixlərində saat 12.00 və 19.00-da “Ər və arvad” (Ü.Hacıbəyli), “Qızıl toy” (O.Kazımi, R.Heydər), “Düyməcik” (H.K.Andersen), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaçılara təqdim olunacaq. Tamaşaçılar 4 gün ərzində nümayiş olunacaq. Bu səhnə əsərlərində sevimli aktyorlar – xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, Şövqi Hüseynov, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Şaban Cəfərov, Gültac Əlili, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Nadir Xasıyev, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki 17 oktyabr saat 12.00-da H.K.Andersenin “Düyməcik” əsəri rus dilində, 18 oktyabr saat 12.00-da isə O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir.
Qeyd edək ki, yerindən asılı olaraq, bir biletin qiyməti 6, 7, 8, 10 manatdır.

-
Cənubi Qafqaz19:12
Ermənistanın müdafiə naziri Rusiyaya getdi
-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ