ANS-də daha bir veriliş bağlandı
Bizi izləyin

Magazin1

ANS-də daha bir veriliş bağlandı

ANS telekanalında ötən gün keçirilən yaradıcılıq iclası daha bir verilişin yayımının dayandırılması ilə nəticələnib.

Publika.az xəbər verir ki, Kamran Həsənlinin “Axşam-axşam” verilişi efirdən yığışdırılıb. Əldə etdiyimiz məlumata görə, aparıcı ilə ANS telekanalı yollarını ayırmaq qərarına gəlib.

Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə “Günəbaxan”, daha sonra isə “Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında “Axşam-axşam” adlı veriliş aparırdı.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm