Azərbaycanlı dirijorun Qırğızıstan uğuru - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı dirijorun Qırğızıstan uğuru - FOTOLAR

Qırğızıstan Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan və Qırğızıstanın tanınmış opera ifaçılarının iştirakı ilə qala-konsert baş tutub.

“Kurak” Forumu və “Simfoniya Ala -Too” beynəlxalq təşkilatı tərəfindən təşkil olunan tədbirdə Qırğızıstan Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edib.

Təəssüratlarını Publika.az-la bölüşən Ə.Quliyev bildirib ki, konsertdə Avropa, qazax və qırğız bəstəkarlarının əsərləri ilə yanaşı, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası və “Arşın mal alan” operettasından, həmçinin Fikrət Əmirovun “Sevil” operasından nümunələr ifa edib.

Görkəmli mədəniyyət xadimi Nailə Raxmadiyevanın rejissorluğu ilə baş tutan layihədə Azərbaycan opera ifaçılığını təmsil edən əməkdar artistlər, Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev (tenor) və İlahə Əfəndiyeva (soprano) Qırğızıstanın istedadlı opera müğənniləri, beynəlxalq müsabiqələr laureatı Zaira Raimbəyova, Bakıt Ibıkeyev, Daniyar Musayev, Gündüz Kappiyeva, Sayan İsin və Elnura Samarbəyova ilə bərabər, geniş proqramla çıxış ediblər. 1200 nəfərlik salonda anşlaqla keçən konsert böyük maraqla qarşılanıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm