Xalq artistindən şok iddia: "Məni evimdə öldürmək istəyirdi..." - EKSKLÜZİV
Bizi izləyin

Magazin1

Xalq artistindən şok iddia: "Məni evimdə öldürmək istəyirdi..." - EKSKLÜZİV

Xalq artisti İlhamə Quliyeva gecə saatlarında baş verən olaya Publika.az vasitəsi ilə aydınlıq gətirib:

“Bəli, gecə saatlarında bağdan qayıdanda o qadın - mənim keçmiş köməkçim Mehriban Hüseynova qarşıma çıxdı. Mən dərhal maşını saxlayıb onun üstünə getdim. Oğlum Orxan əsəbiləşdi ki, ana, bəs bunu tutmuşdular? Necə ortalıqda gəzə bilər? Mən onun üstünə yeriyəndə o, maşının qapılarını bağladı və həcəyan siqnalını qoşdu. Yalandan vay-şüvən saldı, hamını ora yığdı. Həmin qadın - Mehriban başıma oyunlar açıb, evimdə qalan müddətdə məni öldürmək istəyib. Bunu sizə demişdim. O qadın mənim bağımı, malımı-mülkümü əlinə keçirmək üçün yalandan vəsiyyətnamə yazdırıb, bir dənə qolumu çəkdirmək qalıb. Bunun üçün bir nəfər peşəkar insana 2500 manat pul təklif edib ki, evə gəlib mənim qolumu ora texniki vasitələrlə həkk etdirsin. O adam mənə zəng edib hər şeyi danışdı, bildirdi ki, ona pul təklif olunub və belə bir iş görməlidir. Həmin adam mənə Mehribanın səs yazılarını da gətirdi. Mehriban səs yazılarında məni söyür, deyir ki, onu öldürəcəm, niyə o, məndən yaxşı yaşamalıdır? Deyir ki, ikinci İlhamə Quliyeva olacam. O qadın evimə cadular gətirib, ölməyim üçün mənə yalançı siroplar verib. İki il yarım mən ona görə xəstə vəziyyətdə gəzmişəm. Deyirmiş ki, mən İlhamənin damarına hava yeridib, ürəyindən öldürəcəm. Buna görə də, mən onu polis idarəsinə təhvil verdim. Mənə dedilər ki, bir sutka yarım orda qalandan sonra Kürdəxanıya yollamışıq. Amma onu bu gecə yolda gördüm. Mən dövlətimə, polis orqanlarına məktub yollayacam ki, məni qorusunlar, yoxsa öldürəcəklər”.

Xalq artist onu da bildirib ki, sabah mətbuat konfransı keçirib Mehriban Hüseynovanın səs yazılarını ortaya qoyacaq.

Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm