Aytən Səfərova oğul anası oldu
Bizi izləyin

Magazin1

Aytən Səfərova oğul anası oldu

Bu gün məşhur telejurnalist Aytən Səfərova ikinci dəfə ana olub. Bu dəfə onun oğlu dünyaya gəlib.

Bu haqda o,Publika.az-a özəl açıqlamasında məlumat verib:

“Səhər saat 10:45-də qeysəriyyə üsulu ilə ana oldum. Oğlum dünyaya gəldi. Oğlum 3 kilodur. Həkimim Zəhra xanıma təşəkkür edirəm ”.

Teleaparıcı körpəsini Respublika Kliniki Xəstəxanasında dünyaya gətirib. Oğluna hələ ad fikirləşmədiyini də deyib:

"Oğluma hələ ad fikirləşməmişəm. O qədər çox ad var ki. Onlardan birini seçmək çətindir".

Aytən Səfərova artıq ilk təbrikini aldığını da bildirib:

“ATV telekanalına, rəhbərliyinə təşəkkür edirəm. Kollektiv adından doğum evinə böyük gül dəstəsi göndəriblər”.

Onun 9 yaşlı bir qızı var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm