Yalçın Rzazadəni özünün ustadı sayan tələbə sinifdən qovuldu - QARŞIDURMA
Bizi izləyin

Magazin1

Yalçın Rzazadəni özünün ustadı sayan tələbə sinifdən qovuldu - QARŞIDURMA

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnarə Allahverdiyeva özünü Yalçın Rzazadənin tələbəsi sayan Safadan qisas alıb. O, tələbəsini sinfindən uzaqlaşdırıb. Safa Eldar bundan sonra tanınmış müğənni İlqar Muradovun sinfində təhsil alacaq.

Xatırladaq ki, gənc müğənni Safanın xalq artisti Yalçın Rzazadəni özünə ustad sayması onun Mədəniyyət və İncəsənət Universitetindəki müəlliməsi Gülnarə Allahverdiyevanı özündən çıxarıb. Bununla bağlı Publika.az-a açıqlama verən G.Allahverdiyeva qəzəbini belə ifadə edib:

“Nankor övlad valideynin üz qarası olduğu kimi nankor tələbə də mənə lazım deyil. Bu gün populyarlıq üçün hər əyri yola gedən, bir klip çəkdirən kimi gözü ayağının altını görməyən şəxs, sabah daha böyük səhvlər edər. Belə insanlar cəmiyyət üçün təhlükədən başqa bir şey deyil. Ümid edirəm, Safa çox gec olmadan səhvini anlayar. Onu artıq sinfimdə görmək istəmirəm. Özümdən sonra onu ancaq İlqar Muradova həvalə edə bilərdim. 4 il ərzində məndən estrada sənətinin sirlərini öyrəndi, indi də getsin İlqar Muradovdan mərdlik və kişilik öyrənsin”, - deyən vokal ustası bu iyrənc işlərdə əli olanlara haqqını halal etmədiyini, ədalətin gec-tez öz yerini tutacağına əminliyini bildirib”.

G.Allahverdiyeva od püskürüb:

“Təbii ki, bu cür yalan həm Safaya, həm də Yalçın bəyə sərf edir. Çünki Safa tanınmış sənətçinin fonunda özünə reklam qazanır, Yalçın bəy isə özündən sonra əmək vermədiyi hazır tələbənin sayəsində ustad kimi xatırlanmaq istəyir. Yalçın bəy illərdir universitetdə dərs dediyi halda niyə indiyədək bir tələbə onun adını çəkməyib? Mədəniyyət və İncəsənət Universitetində qayda var ki, hər bir tələbə istədiyi müəllimi seçməkdə sərbəstdir. Belə olan halda, niyə Safa bu illər ərzində seçimi əvvəldən Yalçın bəyin xeyrinə etməyib?! Ya da niyə sonradan onun sinfinə keçməyib?! Niyə 3 il mənim dərslərimdə oturub, məni müəlliməsi olaraq qəbul edib?!”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm