Yalçın Rzazadə: “O qadın məhkəmədə cavab verəcək” - QALMAQAL
Bizi izləyin

Magazin1

Yalçın Rzazadə: “O qadın məhkəmədə cavab verəcək” - QALMAQAL

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülnarə Allahverdiyevanın xalq artisti Yalçın Rzazadəyə qarşı səsləndirdiyi ittihamlar cavabsız qalmayıb.

Publika.az-a açıqlama verən Yalçın Rzazadə bu ittihamlara görə həmkarını məhkəməyə verəcəyini bildirib:

“Mən xalq artistiyəm, adımı tarixə qızıl hərflərlə yazmış sənətkaram, sən kimsən? O uşaq peşman olub məni özünə ustad, ideal sayıb, buna görə aləmi bir-birinə vurursan. Bəli, mən milyonların sevimlisiyəm, məni özünə ustad sayanlar var. Bəs sən kimsən? Vaxtilə mənim də Barış Manço, Zəki Müren kimi ideallarım olub. Buna görə kimsə gəlib mənə qadağa qoymalıydı? Ünvanıma səsləndirilən bu ittihamlara görə o qadın məhkəmədə cavab verəcək. Bu barədə dekana da məlumat verdim”.

Xalq artist onu da bildirib ki, G.Allahverdiyeva estrada müəllimi deyil, muğam üzrə dərs deyir. Safa isə estrada ifaçısıdır:

“Bu uşaq klip təqdimatında deyib ki, Yalçın Rzazadəni özünə ustad sayır. Bu söz o qadının xoşuna gəlməyib. Gecə saat 2-də mənə zəng eləyib haqq-hesab sordu. Mən də əsəbiləşdim ki, bu vaxt adama zəng edərlər? Heç qohum qohuma gecə yarısı zəng eləmir. Səhərisi dekana da şikayət etdim. O qadın sakitləşmək bilmir, məni ittiham etməkdə davam edir. Deyir ki, guya mən aparıcı Zaur Kamalın verilişinə planlaşdırılmış şəkildə çıxıb Safanı tərifləmişəm. Halbuki Zaur özü efirdə dedi ki, mən Yalçın müəllimə sürpriz edib, yetirməsi ilə görüşdürəcəyəm. Ayıb olsun o qadına ki, bir gəncin mənə ustad deməsini həzm edə bilmir”.

Qeyd edək ki, G.Allahverdiyeva xalq artisti olan həmkarını ikiüzlülükdə, yalan danışmaqda ittiham edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm