Nadir xəbərdarlıq etdi: “Çaşmayın...” - VİDEO
Bizi izləyin

Magazin1

Nadir xəbərdarlıq etdi: “Çaşmayın...” - VİDEO

Müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən danışıb.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsus “Sən xoşbəxt ol” adlı mahnı ifa edib:

“Yaradıcılıq işlərimlə bağlı yeniliklərim boldur. Müğənninin işi mahnı oxumaq və klip çəkdirməkdir. Mən də illərdir ki, bu işi görürəm. Tamaşaçı və ya dinləyicilər bu işlərimizi qiymətləndirmək əvəzinə, bəzən sosial şəbəkədə tənqidi mesajlar da yazırlar. Həmin ismarışları yazanlar isə öz cavablarını alırlar. Heç bir neqativ mesaj mənim kefimi korlaya bilməz. Onlara fikir versəydim, bu gün Nadir Qafarzadə olmazdım. Siz danışmağınızda, tənqid etməyinizdə olun. Amma çaşmayın. Mənə qarşı çaşanların aqibəti pis olur”.

N.Qafarzadə onu da əlavə edib ki, müğənni Ayan Babakişiyeva ilə növbəti dəfə duet oxuyacaq: “Ayanla birgə ifa etdiyimiz “Sənin üçün” mahnısı çox sevildi və deyərdim ki, “Youtube” şəbəkəsində xeyli baxıldı. Həmin mahnını 2013-ci ildə oxumağımıza baxmayaraq, hələ də sevilir. Bunu nəzərə alaraq sevənlərimizə növbəti dueti təqdim etmək qərarına gəldik. Yeni ifa edəcəyimiz bəstə “Xəyanətkar” adlanır. Həmin mahnını bir müddət sonra dinləyicilərin ixtiyarına verəcəyik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm