Nuriyyə Əhmədovanın qiymətli əşyaları ortaya çıxdı
Bizi izləyin

Magazin1

Nuriyyə Əhmədovanın qiymətli əşyaları ortaya çıxdı

Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişsə də, onun adı ətrafında qalmaqal səngimək bilmir. Təəssüf ki, bu söz-söhbətlər onun bacısı Maya Hüseynovadan qaynaqlanır. Bu dəfə o, aznews.az-a açıqlamasında xalq artistinin bahalı paltarlarını aktyor və teleaparıcı Elşad Yusifovun oğurladığını iddia edib.

Publika.az iddia ilə bağlı Elşad Yusifovla əlaqə saxlayıb. Bu cür söz-söhbətlərdən narahat olduğunu bildirən aktyor məsələni belə izah edib:

“Məni ən çox narahat edən belə söhbətlərdə Nuriyyə Əhmədovanın ruhunun narahat olmasıdır. Ayıbdır. Nuriyyə xanım kirayədə qalırdı. Ev sahibi də mənə bildirdi ki, əgər daha bu evdə qalan olmayacaqsa, evi boşaldın. Evi başqasına kirayə vermək istədiyini dedi. Biz də ev sahibinin sözünə görə evi boşaltmışıq. Nuriyyə xanımın paltarları mənim nəyimə lazımdır? Mən ki onları geyinən deyiləm. Hamısını aparıb bacısına verəcəm. Sadəcə, səbr etmək lazım idi. Belə açıqlamalar vermək çox ayıbdır. Artıq Maya xanımla da danışmışam. Paltarları oğurlamadığımı, ev sahibinin tələbini yerinə yetirdiyim üçün paltarları evdən götürməli olduğumu izah etmişəm”.

Məsələ ilə əlaqədar Maya Hüseynova ilə əlaqə saxladıq. Paltarların tapıldığını dedi.

“Elşad düz deyir. Ev yiyəsi evi boşaltmağı istəyib. Artıq paltarlar tapılıb. Evi boşaltmaq üçün paltarları ayrı yerə aparıb, evin açarını isə ev sahibinə veriblər. Oğurluq olmayıb”.

Bəs Nuriyyə xanımın bahalı paltarları varmı? Nuriyyə Əhmədovanın elə də lüks həyat sürmədiyini bildiyimiz üçün bahalı paltarları ilə də maraqlandıq. Maya Hüseynova bacısının çoxlu kürklərinin və zərli koftalarının olduğunu bildirdi:

“Mən Ərəbistana gedib oradan bacıma qəşəng paltarlar gətirirdim. Nuriyyənin qəşəng şubaları var. Niyə yoxdur ki? Nuriyyə məgər acından ölürdü? Hökumət ona pul verirdi, təqaüd alırdı. Evdən çıxanda hər zaman səliqəli olurdu. Onun qəşəng zərli koftaları var idi. Ərəbistandan iki paltar gətirmişdim ki, qiyməti 2 min manat idi”.

Maya Hüseynova bacısının bahalı paltarları olsa da, heç vaxt zinət əşyaları həvəskarı olmadığını da söyləyib.

“Bacım heç vaxt qızıl xoşlamayıb. Bir dənə də qızılı yox idi. Amma hər zaman sanballı görünüb”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm