Elçinin “Qatil”i üzə çıxdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Elçinin “Qatil”i üzə çıxdı - FOTOLAR

Nizami Kino Mərkəzində xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, təqdimat mərasimində tanınmış kino və mədəniyyət nümayəndələri iştirak edib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, və filmin ssenari müəllifi, baş nazirin müavini Elçin Əfəndiyev də iştirak edib.

Film haqqında danışan E.Əfəndiyev bildirib ki, bu əsərə dəfələrlə tamaşalar hazırlanıb, amma film çəkilməyib. “İlk dəfədir ki, “Qatil” haqqında film çəkilir. Mən də sizinlə birlikdə ilk dəfə baxacam. Ümid edirəm ki, xoşumuza gələcək”, - ssenari müəllifi əlavə edib.

Nümayişdən öncə, film haqqında məlumat verilib.

Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, rejissorq Kamran Şahmərdan, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

Sonda film nümayiş olunub.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm