Magazin1
Hacı Nuranın əməliyyatqabağı dediyi söz

Xərçəngdən əziyyət çəkən teleaparıcı Hacı Nuran Hüseynov oktyabrın 22-də əməliyyat olunacaq.
Axar.az xəbər verir ki, Almaniyada müalicə olunan Hacı Nuran özü sosial şəbəkədə əməliyyat haqda yazıb.
“Hər bir insan bu həyatda müvəqqətidir. Amma mənə təsəlli verən təkcə bu deyil. Həmişə inanmışam ki, insan əməlləri və xatirələri ilə əbədidir. Xəstə olmağımla nə zəif, nə əzgin, nə yazıq, nə də inamsız görsənmək fikrindəyəm. Sadəcə, deyəcəyim xəbər odur ki, sağlam həyatın qədrini bilin və ətrafınızdakılarla mehriban olun”, - deyə vurğulayıb.
Tanınmış aparıcı o qənaətdədir ki, heç bir xəstəlik insanı qorxuda bilmir: “İslama görə xəstəlik də imtahandır. İnşallah, sabah mən yenə bir imtahana gedəcəm - əməliyyat olunacam.
Lakin burada qəribəsi odur ki, qiymət yazan məndən heç nə soruşmayacaq. Ölkəmlə fəxr edərək, bu imtahana qürurla gedirəm. Təki vətən sağ olsun. Dualarınızı əsirgəməyin. Sizin Hacı Nuran”.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiyası olunacaq.

-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq
-
Sosial24 Sentyabr 21:12
"Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir" - Əmisindən üzücü AÇIQLAMA
-
Magazin224 Sentyabr 20:00
Məşhur cütlük boşanır - 3 gün 3 gecə toy etmişdilər
-
Nida Xəbər 24 Sentyabr 19:06
Müdafiə Nazirliyi yeni görüntülər yaydı - FOTO/VİDEO