Elçinin “Qatil”inə Rusiyadan elçi düşdülər
Bizi izləyin

Magazin1

Elçinin “Qatil”inə Rusiyadan elçi düşdülər

Tanınmış yazıçı Elçinin “Qatil” əsəri əcnəbi rejissorlar tərəfindən ekranlaşdırılacaq.

Bu barədə Publika.az-a Cəfər Cabbarlı adına Kinostudiyanın direktoru Müşfiq Hətəmov açıqlama verib:

“Hazırda Türkiyə və Rusiya prodüserləri “Qatil” əsərini yenidən lentə almaq üçün bizə müraciət ediblər. Eyni zamanda, görkəmli yazıçımızın digər əsərinin ekranlaşdırılması ilə bağlı bir sıra Avropa kino şirkətlərindən təkliflər almışıq və bu məsələ yaxın vaxtlarda həllini tapacaq”.

Qeyd edək ki, yazıçının “Qatil” əsəri əsasında çəkilən eyniadlı filmin dünən təqdimat mərasimi olub.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm