"Qulp"un müəllifi kövrəldi: "Xanım nənənin ölüm xəbəri...” - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

"Qulp"un müəllifi kövrəldi: "Xanım nənənin ölüm xəbəri...” - FOTO/VİDEO

“Qulp” verilişinin “Əməkdar artist” layihəsinin qalibi Xanım nənənin vəfatı verilişin aparıcısı Mübariz Əsgərovu kədərləndirib.

Bu barədə Publika.az-a açıqlama verən aparıcı kövrəlib:

“Xanım nənə bu gün səhər saatlarında Biləsuvarda yaxın qohumugildə dünyasını dəyişib. Onun ölüm xəbəri məni çox kövrəltdi. Mənə başsağlığı verənlər də var. Düzü, bunu gözləmirdim. Demək ki, vaxtilə apardığım veriliş hər kəsin yadındadır, Xanım nənəni unutmayıblarmış. Xanım nənə ilə o vaxtdan dostlaşmışdıq. Ara-sıra Bakıya gəlirdi, görüşürdük. Heyf ki, mən onu efirə çıxara bilmədim. Çünki “Qulp”un aparıcısı deyildim deyə, bunu edə bilmədim. Onu İranda, Türkiyədə də yaxşı tanıyırdılar. Allah rəhmət eləsin”.

M.Əsgərov onu da bildirib ki, yas mərasiminə qatılacaq: “Bilirəm ki, Biləsuvarın hansısa kəndində yaşayırdı. Yəqin ki, ünvanı öyrənib yasına gedəcəyəm. Mənə çox ağır olacaq. Yaxşı insan idi, onunla ünsiyyətdə olmaq mənə xoş idi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm