“Karamazov qardaşları” 50-ci dəfə səhnədə - FOTOLAR
Bizi izləyin

Magazin1

“Karamazov qardaşları” 50-ci dəfə səhnədə - FOTOLAR

Oktyabrın 29-da Rus Dram Teatrının səhnəsində “Karamazov qardaşları” 50-ci dəfə oynanılacaq.

Rus Dram Teatrının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yaradıcı heyət həmin günə xüsusi hazırlaşır.

“Karamazov qardaşları”nda teatrın böyük yaradıcı heyəti iştirak edir. Belə ki, tamaşada iki xalq artisti Məbud Məhərrəmov və Səfa Mirzəhəsənov, 5 əməkdar artist - Firdovsi Atakişiyev, Ayan Mirqasımova, Mələk Abbaszadə, Salman Bayramov, Əsgər Rəhimov rol alıblar.

Tamaşaya rejissor, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti İranə Tağızadə quruluş verib. Quruluşçu rəssam Sankt-Peterburqlu Tatyana Melnikovadır. İşıq üzrə rəssam Rafael Həsənov, musiqi tərtibatçısı Azərbaycanın əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

F.M.Dostoyevskinin 2 il ərzində yazdığı son romanı Rus Dram Teatrının səhnəsində ilk dəfə 2010-cu ilin mart ayında oynanılıb. Əsərdə Allah, mənəviyyat, azadlıq kimi dərin mövzulara toxunulub.

Onu da qeyd edək ki, bu əsər dünyada ən çox tamaşaya qoyulan əsərlərdən biridir. Romanın əsasında Rusiya, Amerika, Yaponiya, Çexiya, İtaliya, Fransa kinematoqrafları 15-dən çox film və serial çəkib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm