Məleykə Əsədova: “Xoşbəxt günlərim barmaqla sayılacaq qədərdir”
Bizi izləyin

Magazin1

Məleykə Əsədova: “Xoşbəxt günlərim barmaqla sayılacaq qədərdir”

Azərbaycan teatr səhnəsinin kraliçası, xalq artisti Məleykə Əsədova göz yaşlarına hakim kəsilə bilməyib. O, qadın kimi xoşbəxt olmadığını açıqlayıb.Bu haqda xalq artisti fikirlərini “Space” telekanalında bildirib.

“Dərdimi hələ də anamla danışıram. Tez-tez qəbrini ziyarət edirəm, dərdimi deyirəm. Onu itirməyim payız aylarına təsadüf etmişdi. Ona görə də mən bu fəsli sevmirəm. Çox duyğusal oluram. Qızımla da hərdən dərdləşirəm. Gülərin adını anam qoymuşdu. Allahın mənə bəxş etdiklərindən razıyam. Amma deyim ki, qadın kimi tam xoşbəxt deyiləm. Həyatda sevincli günlərim barmaqla sayılacaq qədər azdır. Tək qalmaqdan qorxuram. Anamı itirəndə özümə qapılmışdım. Həmin anları yenidən yaşamaq istəmirəm"

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm