Xalq artistinin tələbəsi özünü qanqsterə oxşatdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Xalq artistinin tələbəsi özünü qanqsterə oxşatdı - FOTOLAR

Xalq artisti Samir Cəfərovun tələbəsi Rasim Mustafazadə ilk fotosessiyasını etdirib. Onun şəkillərdəki imici və obrazı xüsusi diqqət çəkir və dünyaca tanınan qanqster Al Kaponeyə bənzəyir.

Publika.az xəbər verir ki, qaranlıq dünyanın adamları ilə maraqlanmadığını deyən müğənni əvvəllər fikrini peşəkar idmana, son zamanlar isə müğənnilik karyerasına yönləndirdiyini deyir.

Azərbaycanda ilk dəfə peşəkar idmandan müğənniliyə addım atan Mustafazadə yeni mahnılar üzərində çalışır. Az müddət əvvəl 2 klipini tamaşaçıların ixtiyarına verib. Yaxın günlərdə isə daha bir mahnısına çəkilən klipin təqdimatını edəcək. Sözləri və musiqisi Azər Nəsibova məxsus olan “Mənim üçün sevgi” adlı ritmik mahnını yenə də rejissor Rəhman Əliyev ekranlaşdırıb. Klipin son montaj işləri gedir. Operator işi Delee-yə, mahnının aranjimanı isə Elvin Musayevə məxsusdur. Klip hazır olduqdan sonra ilkin baxış üçün media nümayəndələrinin ixtiyarına veriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm