Azərbaycanlı dirijor ulduzlarla bir arada
Bizi izləyin

Magazin1

Azərbaycanlı dirijor ulduzlarla bir arada

Belarus Akademik Dövlət Opera və Balet Teatrında P.Çaykovskinin “İolanta” operası təqdim olunub. Tamaşada Azərbaycan və Belarusun tanınmış ifaçıları və müğənniləri rol alıb. Əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.

Publika.az-a danışan Ə.Quliyev anşlaqla keçən və dinləyicilər tərəfindən maraqla qarşılanan tamaşada İolanta obrazını Belarusun məşhur opera müğənnisi, əməkdar artist Anastasiya Moskvinanın canlandırdığını deyib.

Tamaşanın quruluşçu rejissoru, professor Marqarita Yelizaryeva, quruluşçu rəssamı Ernest Qeydebrext, baş xormeysteri, Belarusun xalq artisti Nina Lomanoviç olub.

Tamaşadan sonra Belarus Dövlət Opera Teatrının direktoru Vladimir Qridyuşko azərbaycanlı dirijora və bütün yaradıcı heyətə öz minnətdarlığını bildirib, eyni zamanda, Azərbaycan və Belarus Dövlət opera teatrları arasında genişlənən və uğurla inkişaf edən əlaqələri xüsusi qeyd edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm