Vüsalə Kərimova yanlış sevgi yaşadığını etiraf etdi
Bizi izləyin

Magazin1

Vüsalə Kərimova yanlış sevgi yaşadığını etiraf etdi

Məşhur telejurnalist Vüsalə Kərimova həyatı ilə bağlı maraqlı etiraflar edib.

Publika.az xəbər verir ki, 38 yaşı tamam olan telejurnalist yanlış sevgi yaşadığını etiraf edib.

“25 oktyabr mənim günümdür. Nə az, nə çox, 38 yaşıma “əlvida” dedim. “Kaş ki” dediyim o qədər gün oldu ki... İlk dəfədir etiraf edirəm ki, yanlış sevgi yaşadım. Amma artıq keçdi. Çox xoşbəxtəm ki, 38 illik həyatımda heç vaxt yalan danışmadım. Yalanı sevmədim. Yalan danışanlara da gülüb keçdim. Yaşımı heç vaxt gizlətmədim. Özümü azyaşlı göstərərək həyatıma girənləri gic yerinə qoyub əldə tutmağa çalışmadım. Kimsədən istifadə etmədim. Mən buyam! Məni sevən yaxşı və pis halımla sevməlidir. Məni bir ömür qəbul edə bilməyənlər, bir düşünün, bəlkə mən sizə Allahın verdiyi cəzayam?! 39-cu payızım, həyatıma xoş gəldin”.

Qeyd edək ki, Vüsalə Kərimova bir dəfə ailəli olub və bir oğlu var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm