Timati Samir Piriyevin mahnısından yazdı - VİDEO
Bizi izləyin

Magazin1

Timati Samir Piriyevin mahnısından yazdı - VİDEO

Rusiya şou-biznesinin qalmaqallı və məşhur reperi Timati azərbaycanlı müğənninin mahnısını paylaşıb.

Publika.az xəbər verir ki, reper Timati “Instagram” hesabında müğənni Samir Piriyevin “Mələyim olarsan” mahnısını sosial şəbəkədə paylaşıb. Reperin paylaşımını 130 mindən çox insan bəyənib, 6 mindən çox insan rəy bildirib.

Paylaşımına Timati belə şərh verib:

“Sevdiyin mahnını dinləyəndə əhval da yüksək olur”.

Qeyd edək ki, Timati dekabrın 4-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm