Miri Yusifin 38 yaşı tamam olur
Bizi izləyin

Magazin1

Miri Yusifin 38 yaşı tamam olur

Bu gün Miri Yusifin doğum günüdür.

Publika.az xəbər verir ki, müğənninin 38 yaşı tamam olur.

Xatırladaq ki, 1977-ci ildə anadan olan Miri Yusif səhnə fəaliyyətinə “Dəyirman” qrupundan başlayıb. Qrupu tərk etdikdən sonra Amerikaya köçüb və karyerasını orada davam etdirib. Sənətçi ilk solo “Avara” albomunu da Amerikada çıxarıb. Miri Yusif “Dəyirman” qrupunda fəaliyyət göstərdiyi dönəmlərdə rep ifaçısı olsa da, solo karyeraya başladıqdan sonra Etnik, Reggi, Rok, Şanson, R&B, Caz və Flamenko tərzində mahnılar yazıb.

“Avara” albomundan sonra Miri Yusif yenidən Bakıya qayıdaraq “Karma” albomu üzərində çalışıb. Həmin albom müğənniyə şöhrət gətirib. 2010-cu ildə işıq üzü görən bu albomun tanıtımı Miri Yusifin kiçik solo-konserti ilə müşayiət olunub. Həmin konsert müğənninin böyük səhnəyə atılan ilk addımı sayılır.

Sonradan işıq üzü görən “Karvan”, “Nirvana”, “Ağ Qarğa” albomları da Miri Yusifə böyük uğur gətirib.

Miri Yusif Azərbaycanda ən çox konsert verən ifaçı kimi tanınır. İfaçının sevilməsinin əsas səbəbi isə mahnılarının əksəriyyətinin musiqi və sözlərinin özünə aid olmasıdır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm