Aşıqlar Birliyi təqdimata hazırlaşır
Bizi izləyin

Magazin1

Aşıqlar Birliyi təqdimata hazırlaşır

Aşıqlar Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Sarıtel - gənc aşıqların səs incisi” adlı layihə təqdim edəcək.

Layihə çərçivəsində gənc aşıqların ifalarının yer aldığı audiodisk hazırlanıb.

Publika.az xəbər verir ki, diskdə gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Kərimov, Qabil Abdıyev, Qərib Quliyev, Əli Zeynalabdinov, Asif Xasanoğlu, Şirin Şirinzadə, Samir Allahverdiyev, Familə İsgəndərova, Şəhriyar Şahverdiyev, Məsim Rəcəbov, Ayaz Buludov və Pərviz Mübarizoğlunun, eləcə də müxtəlif qrupların ifasında klassik saz havaları yer alıb.

Noyabrın 3-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında diskin təqdimatı olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm