Əməkdar artist: “Əvvəllər bədənimə kip oturan paltarları sevirdim”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Əvvəllər bədənimə kip oturan paltarları sevirdim”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova arıqlamaq istəsə də, buna nail ola bilmədiyini deyib.

Publika.az-a danışan aktrisa istədiyi çəkiyə nail ola bilmədiyi üçün qarderobundakı bəzi paltarlarına baxa-baxa qaldığını söyləyib:

“Əvvəllər nərmə-nazik qız idim, keçirdiyim ağır əməliyyatdan sonra kökəlməyə başladım. İndi nə qədər edirəm, çəki ata bilmirəm. Bəzən qəşəng paltar görürəm, əynimə olmasa da, alıram. Fikirləşirəm ki, arıqlayıb geyinəcəyəm. Amma hələ də qarderobumdakı paltarlara baxa-baxa qalmışam. Əvvəllər bədənimə kip oturan paltarları çox sevirdim, amma indi kökəldiyim üçün gen paltarlar geyinirəm. Onu da deyim ki, heç çox da yemirəm. Balaca bir çörək alıram və bir həftə o çörəyi yeyib qurtara bilmirəm, kif atır”.

İdmanla məşğul olmadığını deyən aktisa çəki atmaq üçün üzgüçülüyə gedəcəyini də deyib.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm