Samirənin “Çarəsizəm”inə mini film çəkildi
Bizi izləyin

Magazin1

Samirənin “Çarəsizəm”inə mini film çəkildi

Müğənni Samirə Allahverdi bu gün yeni klipinin təqdimatını keçirib. Tədbirə jurnalistlərlə yanaşı, müğənninin sənət yoldaşları - Roza Zərgərli, Elnarə Xəlilova, modelyer Gülnarə Xəlilova və digərləri də qatılıb.

Publika.az xəbər verir ki, "Çarəsizəm" adlanan mahnıya çəkilən klip "Nəriman Film" studiyasının məhsuludur. Musiqisi Rüstəm Qədirova, sözləri isə Nurlanaya məxsus olan mahnının klipi maraqlı süjet xətti ilə seçilib. Müğənninin klipdəki geyimləri Gülnarə Xəlilovaya məxsusdur. Klipin rejjisoru Artyom ekran işini “mini film” adlandırıb:

"Sevmədiyim mahnıya klip çəkməzdim. Sözlərini tərcümə etdirdim və bəyəndim. Klipdə erotika yoxdur. Ümumiyyətlə, bu, klip deyil, mini filmdir".

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm