“Qayınanamız” efirdən birdəfəlik yığışdırıldı
Bizi izləyin

Magazin1

“Qayınanamız” efirdən birdəfəlik yığışdırıldı

ATV telekanalında Milli Teleradio Şurasının (MTRŞ) 1 ay müddətinə yayımına qadağa qoyduğu “Qayınanamız” teleserialı efirdən birdəfəlik yığışdırılıb.

Publika.az xəbər verir ki, bu haqda açıqlamanı əməkdar artist Dilarə Əliyeva verib.

“Serial dayandırılıbsa, davam etdirilməsinə lüzum görmürəm. Əgər MTRŞ serialın dayandırılmasını məsləhət görübsə, deməli, belə lazımdır. Biz heç nə deyə bilmərik”.

Qeyd edək ki, “Qayınanamız” teleserialı efirdə etikadan kənar sözlərə yol verdiyinə görə MTRŞ-nın qınağına səbəb olmuş və 1 ay müddətinə efirdən yığışdırılmışdı. Serialda qayınana obrazını xalq artisti Afaq Bəşirqızı, gəlin obrazını isə əməkdar artist Dilarə Əliyeva canlandırırdı.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm