Məleykə Əsədova: “Eləmişəm, deyiblər yaraşmır...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Məleykə Əsədova: “Eləmişəm, deyiblər yaraşmır...” - FOTOLAR

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova tədbirlərin birində fotokameramıza poz verib.

İllər keçsə də, ideal bədən çəkisini qoruyub saxlayan cazibədar aktrisa uzun sarı saçlarda və şlyapada görüntülənib.

Publika.az-a danışan Məleykə Əsədova yeni imicindən və qarderobundan danışıb:

“Mən şlyapaları çox sevirəm, qarderobumda da şlyapalar çoxdur. Sarışın olduğum üçün deyirlər, şlyapalar mənə çox yaraşır. Bəzən dəyişmək, saçlarımı başqa rəngə boyatmaq istəyirəm. Hərdən risk edirəm, amma bu, qısa müddət çəkir. Məsələn, tünd-şabalıdı saçları çox sevirəm, amma boyamışam, deyiblər yaraşmır. Mən, ümumiyyətlə, doğuluşdan sarışın olmuşam. Buna görə də, sarı saçlar mənə çox yaraşır”.

Xalq artisti çəkisindən də danışıb:

“Boyum 170 sm, çəkim 60 kilodur. Əvvəl isə 58 kilo idim, iki kilo artmışam. Özüm belə istəyirəm. Yaxşı yeyirəm, hətta yayda özümə bayram da elədim, yaxşıca yedim. Yeməyimə korluq vermirəm”.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm