Magazin1
YUĞ Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək

Bu gün saat 18.00-da YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək.
Publika.az xəbər verir ki, tamaşanın kütləvi nümayişinə teatrşünaslar, teatr mütəxəssisləri və media nümayəndələri dəvət olunub. Türkiyəli dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib. Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşada Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir.
26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turqay Narın yaradıcılığına müraciət edir. Dramaturqun ”Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını Azərbaycan teatrı ilə Türkiyə dramaturgiyasının yaradıcı işbirliyində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. “Şok” tamaşası müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, nəfəs dərmək, düşünə bilmək və başlıcası, dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa mədəniyyət ocağının sayca 94-cü tamaşasıdır.
İsa Şükürov

-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz09:00
İrəvanda GÜCLÜ PARTLAYIŞ: ölən və yaralananların sayı YENİDƏN ARTDI - VİDEO/YENİLƏNİR
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI
-
Cənubi Qafqaz14 Avqust 22:31
İrəvan metrosuna bomba qoyulması xəbəri YALAN ÇIXIDI - YENİLƏNDİ
-
Region14 Avqust 21:31
ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ - FOTO
-
Avropa14 Avqust 21:00
Ukraynadakı münaqişənin iki HƏLL VARİANTI: hansı seçilməlidir?