Tanınmışlar seçkiyə gedəcəkmi?
Bizi izləyin

Magazin1

Tanınmışlar seçkiyə gedəcəkmi?

Noyabrın 1-də Milli Məclisə Seçkilər keçiriləcək. Hər kəs öz namizədinə səs vermək üçün yolunu seçki məntəqələrindən salacaq. Maraqlıdır, tanınmışlarımız seçkiyə qatılacaqmı?

Publika.az onlar arasında sorğu keçrib…

Xalq artisti, tanınmış aktyor Arif Quliyev:

“Səhhətim yaxşı olmasa da, səsvermədə mütləq iştirak edəcəm. Çünki sənət adamı olaraq bizim fəallığımıza ehtiyac var. Müstəqil ölkəmizin gələcəyi və inkişafı naminə atılan hər addımda mən də varam”.

Əməkdar artist, müğənni Tünzalə Ağayeva:

“İşimin çoxluğu seçki məntəqəsinə gedib səs verməyimə mane ola bilməz. Bu, mənim ən azı vətəndaşlıq borcumdur”.

Xalq artisti, tarzən Ramiz Quliyev:

“Hər bir azərbaycanlı kimi mən də seçkidə iştirak edəcəm. Çünki bu, çox vacib və məsuliyyətli missiyadır. Bizim dairədən olan bütün namizədləri tanıyıram, hətta seçimimi də etmişəm”.

Əməkdar artist, aktyor Bəhram Bağırzadə:

“25 ildir seçkilərdə iştirak edirəm. Hesab edirəm ki, bu, çox məsuliyyətli işdir. Ailəmdə hər kəs mənimlə bərabər seçdiyimiz və güvəndiyimiz namizədə səs verəcək”.

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova:

“Əlbəttə, səsvermədə iştirak edəcəm. Amma kimə səs verəcəyimi hələ bilmirəm. Seçki günü məntəqəyə gedib namizədlərin bioqrafiyası ilə tanış olduqdan sonra seçimimi edəcəm”.

Xalq artisti, müğənni Ağadadaş Ağayev:

“Azərbaycanda deyiləm, xaricdəyəm. Bu səbəbdən, təəssüflə bildirmək istəyirəm ki, bu il seçkilərdə iştirak edə bilməyəcəm”.

Xalq artisti Nisə Qasımova:

“Mən də hamı kimi seçkilərə qatılıb səs verəcəm”.

Cəvahir Səlimqızı

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm