Magazin1
Elnarə axır ki “Eşq ilə boyan”dı - FOTOLAR

Müğənni Elnarə Xəlilova bu gün klip təqdimatı keçirib.
Publika.az xəbər verir ki, BMM-də mətbuat nümayəndələri üçün konfrans keçirən müğənni "Eşq ilə boyan" adlı klipini ilk olaraq jurnalistlərə nümayiş etdirib. Klip qədim Şərq ölkəsi olan Hindistanda lentə alınıb və müğənni təqdimata milli hind geyimi olan saridə təşrif buyurub. Müğənni klip çəkilişi zamanı kapriz göstərmədiyini bildirib: "5 gün Hindistanda olduq. 2 gün çəkiliş prosesi davam etdi. Klipdə çoxlu rəqs etmişəm. Rəqsləri də əvvəlcədən hazırlaşmışam. Ona görə rəqslərdə çətinlik çəkmədim. Çətinlik yalnız hava ilə bağlı oldu. Azərbaycanda hava soyuqdur, orada isə 40 dərəcə isti var. Bilmirdim, istiyə tab gətirim, rəqs edim, yoxsa kameraya baxım". Müğənni klipin həm Azərbaycan, həm də Hindistanda nümayiş olunacağını bildirib. Klip təqdimatına qatılan əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova müğənnini təbrik edərək geyimlərini bəyəndiyini söyləyib.
Müğənnini təbrik etməyə həmkarları Samirə Allahverdi, Xuraman Şuşalı və digərləri də gəlib.
Qeyd edək ki, mahnının sözləri Cavidana, musiqisi isə Sevda Məmmədliyə məxsusdur. Layihənin prodüseri Ceysondur. Klipin rejissoru Ani Sasidir.
İsa Şükürov

-
Avropa21:49
Almanlar daha az yuyunmalı və daha isti geyinməli olacaqlar - SƏBƏB
-
Region21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı