“Qafqaz Universiteti”ndə şair Məmməd Aslan anıldı
Bizi izləyin

Magazin1

“Qafqaz Universiteti”ndə şair Məmməd Aslan anıldı

“Qafqaz Unversitetin”də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, Şöhrət ordenli şair Məmməd Aslanın xatirəsinə həsr olunmuş anım günü tədbiri keçirildi.

Tədbirin əvvəlində Azərbaycan ədəbiyyatının 60-cı illər nəslinin parlaq nümayəndələrindən olan Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən süjetə baxıldı. Çıxış etmək üçün ilk söz “Qafqaz Universitet”i Türk dili və ədəbiyyatı bölümünün müdiri professor Ömər Okumuşa verilidi. Professor Ömər Okumuş tədbirə gələnləri salamladı və şeirləri ilə gənclərə örnək olacaq şairin anım günün qeyd edilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirdi.

Söz alan Türk dili və ədəbiyyatı birinci kurs tələbəsi Sədaqət Rzayevanın ifasında şairin yaradıcılığından bir nümunə təqdim olundu. “Niyə itirdin məni” şeiri alqışlarla qarşılandı.

Daha sonra Məmməd Aslanın Azərbaycan ədəbiyyatında mövqeyindən danışan Azərbaycan dili və ədəbiyyatı bölüm müdiri professor Akif Hüseynli qeyd etdi ki, Məmməd Aslan şeirlərinin dili, lüğət zənginliyi, ədəbi dili, poeziyamızın inkişafına əvəzsiz töhfələr bəxş etmişdir. Məmməd Aslanla olan xatirələrindən geniş bəhs edən professor şairin yaradıcılığının xalqdan bəhrələndiyini və əsərlərində xalq ruhunun üstünlük təşkil etdiyini bildirdi.

Tədbirin davamı olaraq Məmməd Aslanın Türkiyə türkçəsinə tərcümə olunmuş “Nur içində nur” şeiri tələbələr tərəfindən ifa olundu, Unversitetin xor kollektivi çıxış etdi.

Babası haqqında unudulmaz xatirələrindən danışan şairin nəvələri Füruzə və Məmmədkamal sonda ailələri adından tədbirin təşkilatçılarına dərin təşəkkürlərini bildirdilər. Şairin dostu Milli Məclisin sabiq deputatı, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov türk xalqları arasında əlaqələrin genişləndirilməsində Məmməd Aslanın misilsiz xidmətlərinin olduğunu bildirdi və qeyd etdi ki, əbədiyaşar şair bizi öz şərəfli ölümü ilə özünün irsinə, özünün şəxsiyyətinə ədəbiyyat və poeziyasına yenidən baxmağa vadar edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm