Magazin1
Tolik Natavanla barışdı: "Dava-dalaş nəyə lazımdır?"
Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavanla arasında
olan söz-söhbətə son qoyub.
Axşam.az-ın məlumatına görə, Tolik sosial şəbəkədə
yazıb:
"Bildiyiniz kimi, bir neçə gündür, mən Azərbaycanda deyiləm.
Qərib ölkədə aylardır, münasibətimiz anlaşılmaz olan Natavan Həbibi
ilə görüşdük, danışdıq və bu söz-söhbətə son qoymaq qərarını
verdik. Bir etiraf etmək istəyirəm ki, mən onun ailəsində aylardır
narahatlıq yaratmışam. Bizim barışığımızı kimlərsə nəyəsə
yozmasın.
Deyim ki, məhkəmənin çıxardığı hökmə görə biz Natavanla
barışmayacaqdıq. Ortada üzr istəmək məsələsi var idi. Barışığımız
isə səmimi oldu. Bu açıqlama ilə nəyisə sübut etmirəm. Mənim
əsəbdən ürəyim ağrımağa başlayıb. Mən həm özümə, həm də Natavanın
anasına bu iki il ərzində əsəb, stress yaşatdığım üçün məsələnin
həlli yolunu sülhdə tapdıq.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu barışıq nə Aygün
xanıma görədir, nə də başqa bir adama görə... Bundan sonra
kimlərinsə davasında adımın hallandırılmasına şərait
yaratmayacağam. Sadəcə söz-söhbət, dava-dalaş nəyə lazımdır?
İnanıram k, həm Natavan Həbibini, həm də məni çox istəyənlər bu
barışığı normal qəbul edəcəklər. Biz süni barışmadıq. Bunu təkar
yazıram ki, əlavə suallar olmasın".
Xatırladaq ki, N.Həbibi Toliki şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, Aygün Kazımova, Tolik və Zöhrab Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı