Hadisə Murad Bozu Aynişana qısqandı – VİDEO
Bizi izləyin

Magazin1

Hadisə Murad Bozu Aynişana qısqandı – VİDEO

Aynişan Quliyeva “O səs Türkiyə”də Murad Bozu seçib.

Publika.az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan “O səs Türkiyə” musiqi yarışmasının seçim turuna qatılıb. O, Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını ifa edib. Aynişanın ifasına münsiflər kürsüsündə əyləşənlərin dördü də üzünü ona çevirməklə bəyəndiyini göstərib. Hətta münsiflərdən biri - Murad Boz mahnını onunla birlikdə ifa edib. Həmkarının bu hərəkəti digər münsif Hadisəni əməlli-başlı qısqandırıb. O, bunu kameralara da söyləməkdən çəkinməyib.

“Dodaqlarına baxaraq mahnını səninlə birgə ifa etdi. Qısqandım, anam, qısqandım”.

Publika.az həmin videogörüntünü təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm