Alim Qasımov namizəd oldu
Bizi izləyin

Magazin1

Alim Qasımov namizəd oldu

Xalq artisti, dünya şöhrətli sənətkar Alim Qasımov haqqında Meksikanın ən nüfuzlu radiosu olan “Codigo DF: Radio Cultural en Linea”da veriliş hazırlanıb.


Publika.az xəbər verir ki, həmin verilişdə xanəndə haqqında geniş söhbət açılıb. Veriliş boyu sənətkarın oktyabrın 19-dan 23-dək Meksikanın müxtəlif şəhərlərində verdiyi silsilə konsertlərdə səsləndirdiyi musiqi nömrələrindən istifadə edilib.


Həmin konsertin təşkilatçısı olan “Discos Corasón S.A.” şirkəti Alim Qasımovun “Ənənəvi musiqi - ən yaxşı konsert” nominasiyasında “Lunas del Auditorio” musiqi mükafatına namizədliyini irəli sürüb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm