Məşhur teleaparıcı Bakıda: "Xiyar üçün gəlmişəm..."
Bizi izləyin

Magazin1

Məşhur teleaparıcı Bakıda: "Xiyar üçün gəlmişəm..."

Rusiyanın Birinci kanalının aparıcısı Anton Privolnov Bakıdadır.

Publika.az xəbər verir ki, o, tək yox, oğlu ilə birlikdə gəlib. Ata-oğul Bakının gəzməli-görməli yerlərində olub, şəkillərini sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, aparıcının Bakıya gələcəyi hələ sentyabr ayından bəlli idi. Belə ki, o, “Moskva-Bakı” portalına müsahibə verərək küləklər şəhərində qonaq olacağını bildirmişdi:

“Bakıya getməyi mənə dostlarım məsləhət görüb. Onlardan biri, telejurnalist Marina Kim Avropa Oyunları ərəfəsində burada idi. Qayıdandan sonra şəhəri xeyli təriflədi. Bundan başqa, Bakıda hava istidir. Həmçinin vegetarianların əsas qidası sayılan meyvə və göyərti də burada boldur. Bakı xiyarı Moskvada, nədənsə, çox bahadır. Bakıda çoxlu xiyar yeyəcəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm