İradə İbrahimova qayınanasından nələr yazdı? – FOTO
Bizi izləyin

Magazin1

İradə İbrahimova qayınanasından nələr yazdı? – FOTO

Bu yaxınlarda ikinci dəfə ana olan İradə İbrahimova qayınanasından yazıb.

Publika.az xəbər verir ki, şəxsi “Instagram” bloqunda qayınanasının şəklini paylaşan ifaçı onunla bağlı düşüncələrini paylaşıb:

“Mənim fədakar, ürəyi gözəl, özündən başqa hər kəsi düşünən, tükənməz sevgisi ilə, qayğısıyla bizi qoruyan, buradakı əlim-qolum, yeri gələndə rəfiqəm, anam, başımı sinəsinə qoyub rahatlıqla ağlaya biləcəyim, sirr ortağım və nəhayət, “qayınanalıq”dan başqa mənə hər şey edən, ürəkdən “ana” dediyim, Zəfər xanım, Allah səni başımızdan əskik etməsin, uzun ömür, cansağlığı versin! Canım anam, sənin sayəndə çox şey öyrənmişəm. Evlilikdə səbirli olmağı səndən öyrənmişəm. Çox şeyi sənə borcluyam. Etdiklərinə görə nə qədər təşəkkür etsəm, yenə azdır. Bunları yazmaq ürəyimdən gəldi... Böyüklərimizin qədrini bilək, hörmətini saxlayaq. Bütün analarımıza uzun ömür, cansağlığı diləyirəm!”.

Qeyd edək ki, İradə İbrahimova Türkiyə vətəndaşı Ceyhun İzərlə ailəlidir. Onların İpək adlı qızı və Əli adlı oğlu var.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm