Alim Qasımov kilsədə konsert verdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Alim Qasımov kilsədə konsert verdi - FOTOLAR

Azərbaycan ilk dəfə Oslo Dünya Musiqi Festivalında təmsil olunub. Norveç Krallığının paytaxtında keçirilən və dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan həmin tədbirə dünyanın müxtəlif ölkələrindən 300-dən çox musiqiçi qatılıb.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin Publika.az-a verdiyi məlumata görə, Azərbaycan musiqiçiləri həmin beynəlxalq tədbirə ilk dəfə dəvət alıb. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində konserti baş tutub.

Konsertin təşkili Norveç azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və “Oslo Dünya Musiqi Festivalı” təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub. Anşlaqla keçən konsertdə Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Ramil Əliyev Azərbaycanın gələcəkdə də “Oslo Dünya Musiqi Festivalı”nda iştirakını təmin etmək, musiqimizi beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilatın dəstəyini əsirgəməyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm