• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Dostları "Nəsimi"nin "Şeyx Əzəm"ini yad etdilər

Dostları "Nəsimi"nin "Şeyx Əzəm"ini yad etdilər

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilib.


Teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin təşkil etdiyi fotosərgi nümayiş etdirilib. Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi, Çingiz Ələsgərlidir.

Tanınmış mədəniyyət xadimlərinin qatıldığı tədbirdə görkəmli aktyorun həyat və yaradıcılığına nəzər salınıb, haqqında xatirələr söylənilib.

Tədbirdə Məmmədrza Şeyxzamanovun ailə üzvləri, dostları, sənət yoldaşları iştirak edib.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>