• USD 1,7000 0,00% EUR 1,9474 -0,49%
    • GBP 2,2029 -0,85% RUB 0,0260 +0,38%

Afaqla Aytacın “lesbiyan söhbəti” böyüdü – MƏHKƏMƏDƏ

  • Magazin1
  • 5 Noyabr 2015 13:15
  • 1 845 Baxış
Afaqla Aytacın “lesbiyan söhbəti” böyüdü – MƏHKƏMƏDƏ

Müğənni Afaq Aslanla həmkarı Aytac Vidadiqızı arasında olan qalmaqal səngimək bilmir. Müğənnilər arasında olan qalmaqala Bakı şəhər Yasamal rayon Məhkəməsində aydınlıq gətirilib. Hakimin qərarı belə olub ki, A.Aslan A.Vidadiqızından üzr istəməli və ona vurduğu mənəvi ziyana görə iddiaçıya iki min manat təzminat da ödəməlidir.

A.Aslan isə Publika.az-a açıqlama verərək bildirib ki, qərardan apellyasiya şikayəti edəcək: “Bu hələ son qərar deyil. Apellyasiyaya şikayət edəcəm. Aytac, deyəsən, fantaziyalı kinolara çox baxıb. Deyəsən, ən böyük arzularından biri də odur ki, məhkəmədə məndən pul udub banka olan borclarını bağlasın. O hələ ümidlə yaşayır ki, mən ondan üzr istəyim. Məndən 50 min manat təzminat tələb edirdi. Amma məhkəmənin qərarına əsasən, 2 min manat təzminat kəsildi. Ondan üzr istəməyimi ağlına belə gətirməsin. Tələb etdiyi pulun bir neçə qatını onun özünə ödətdirərəm. Nə demişəm, dediyimin üstündə də dururam. Son gülən ən yaxşı güləndi. Deyəsən, hələ məni yaxşı tanımır”.

Onu da əlavə edək ki, A.Vidadıqızı A.Aslanı bu sözlərə görə məhkəməyə verib: “Bu Aytac həmin insandır ki, mən onun evinə getmişdim ki, mənim sevgilimlə niyə yatdığını aydınlaşdırım. Həmin vaxt o, qapını açarla bağladı ki, bu gecə mənimlə qalacaqsan. Mən səni buraxmıram. Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə. Ölürəm sənin üçün”. Razılaşmadım. Onun evindən qırğınla çıxmışam. Onda bildim ki, o, lesbiyan imiş. Üzünə də deyərəm. Getsin, lesbiyanlığının dərdini çəksin. Otelləri tanımayan xanım, nədənsə o yerlərin ulduzuna çevrilib. Onu bütün respublika gözəl tanıyır. Nə yolun yolçusu olduğunu gözəl bilir”.

Qeyd edək ki, Aytac Vidadiqızının vəkili Tahir Əlirzayev isə məhkəmənin yekunu olaraq bu sözləri deyib: “Məhkəmə qətnaməsində göstərilib ki, Afaq Məcidqızı həmkarı Aytac Vidadiqızı ilə bağlı yaydığı yalan məlumatlara görə təkzib verərək üzr istəməlidir. Bundan başqa, Afaq Aslan vurduğu mənəvi ziyana görə iddiaçıya iki min manat məbləğində təzminat da ödəməlidir”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>