7 Leylinin 55 yaşlı Məcnunundan xoş xəbər
Bizi izləyin

Magazin1

7 Leylinin 55 yaşlı Məcnunundan xoş xəbər

Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası təqdim olunacaq.

Publika.az xəbər verir ki, tamaşa xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunub.

Səhnəmizin əvəzsiz Məcnunu artıq 22 ildir ki, bu tamaşada çıxış edir. Bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları - xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf-müqabilləri olublar.

Yubiley tamaşasında Mənsum İbrahimovun tərəf-müqabili Nəzakət Teymurova olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm