Müğənni Xatun reketlik edir - AUDİO
Bizi izləyin

Magazin1

Müğənni Xatun reketlik edir - AUDİO

Müğənni Xatun Əliyeva yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Publika.az xəbər verir ki, mahnıdakı atmacalar xüsusi diqqət çəkib. Hətta Xatunun öz adını da çəkməsi mahnının müğənninin şəxsi mövqeyini əks etdirdiyi düşüncəsinə yol açıb.

Maraqlıdır, səslənən atmacalar kimə ünvanlanıb?

Xatun Əliyeva Publika.az-a açıqlamasında mahnının ayrılan sevgililərə həsr edildiyini və onun şəxsi həyatı ilə heç bir əlaqəsi olmadığını bildirib:

“Həyatımda hər şey qaydasındadır. Mahnının həyatımla heç bir əlaqəsi yoxdur. Sadəcə, indiki dövrdə sevgililər arasında ayrılıqlar çox yaşanır. Bu mahnı da sevgilisindən ayrılan qızın oğlana sözləridir. Adımın çəkilməsi sözlərin müəllifi Arzu xanımın fikridir. Dostlarım isə mahnıya qulaq asıb, yenidən reketlik etdiyimi deyib gülürlər”.

Müğənni mahnısını uğurlu saysa da, ona klip çəkdirməyi düşünmür:

“Bilirsiniz ki, qış ayları gəlir. Qışda isə dinləyicilər ritmik mahnılara yox, daha çox lirik mahnılara üstünlük verir. Bu səbəbdən klip çəkdirməyəcəyik”.

Qeyd edək ki, mahnının sözləri Arzu Yəhyayevaya, musiqisi isə Nadir Nağdpula aiddir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm