Azdramada yeni QARŞIDURMA: hədəfdə Azərpaşa Nemətovdur
Bizi izləyin

Magazin1

Azdramada yeni QARŞIDURMA: hədəfdə Azərpaşa Nemətovdur

Akademik Milli Dram Teatrında bir müddət öncə yaşanan gərginlik, deyəsən, yenidən alovlanıb. Bu dəfə baş rolda əməkdar artist Mehriban Xanlarovadır. Belə ki, aktrisa mətbuata açıqlamasında teatrda xoşagəlməz ab-havanın davam etdiyini deyib. Onun sözlərinə görə Azər Paşa Nemətovun gəlişi ilə kimin üçün nəsə dəyişsə də, onun üçün dəyişən heç nə yoxdur. Onu dilə gətirənsə, mövsümün açılışından bəri cəmi bir tamaşada rol alması olub.

Publika.az-a açıqlamasında teatrın direktoru İsrafil İsrafilov aktrisanın iradlarını qəbul etməyib:

“Akademik Milli Dram Teatrında mühit çox yaxşıdır. Azərpaşa Nemətovun teatra gəlişi yaradıcı mühitə çox müsbət təsir edib. Kollektivdə yüksək yaradıcılıq əhval-ruhiyyəsi var, hazırda paralel olaraq üç tamaşanın məşqlərinə başlanılıb. Qaldı ki, hansısa aktyorun və aktrisanın probleminə, bunu rəhbərliyə yaxınlaşıb həll edə bilər. Azərpaşa müəllimin qapısı hər bir aktyorun üzünə açıqdır, istədikləri vaxt yanına gedib, problemləri barədə danışa bilərlər. Başı ağrıyan adam deyinmir, dərman alıb ağrıdan xilas olur. Belə məsələləri mətbuatda müzakirəyə çıxarmaqdansa, rəhbərliklə danışıb, problemi həll etmək olar”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm