• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

Sevda Yahyayevadan 2 milyonluq təklifə RƏDD CAVABI

  • Magazin1
  • 10 Noyabr 2015 12:30
  • 2 522 Baxış
Sevda Yahyayevadan 2 milyonluq təklifə RƏDD CAVABI

Müğənni Sevda Yahyayevaya İtaliyadan film təklifi gəlib.

Publika.az xəbər verir ki, italiyalı rejissor Danielle Lukette müğənnini büdcəsi 2 milyon avro təşkil edən filmin çəkilişlərinə dəvət edib. Ərsəyə gələcək melodram janrlı filmin çəkilişləri isə İtaliya və digər Avropa ölkələrində baş tutacaq.

Müğənni ona külli miqdarda qonorar təklif edən rejissorun təklifini qəbul etməyib.

Səbəb isə çəkilişlərdə Yahyayevanın razılaşmadığı səhnələr olub. Bu haqda Publika.az-a müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib.

"Möhtəşəm bir film olmalıdır. Rejissorun köməkçisi öncə mənimlə əlaqə saxladı. Film haqda söhbət etdik.Yüksək miqdarda qonorar təklif edildi. Lakin filmdə olan bəzi səhnələr xalqımızın mentalitetinə uyğun olmadığı üçün təklifdən imtina etdik”.

Qeyd edək ki, Danielle Lukette “Dillo con parole mie”, “La nostra vita”, “Anni felici” kimi filmlərin müəllifidir.

İsa Şükürov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR